"Zaferoğlu İnşaat" beynəlxalq mükafata layiq görülüb

Yaxın keçmişdə London və Nyu York kimi dünyanın nəhəng biznes mərkəzlərində beynəlxalq konfranslara dəvət alaraq mötəbər nailiyyətlər əldə etmiş "Zaferoğlu İnşaat" bu ilin payız ayında Dubayda, Birləşmiş Ərəb Əmirliklərində dünya miqyasında biznesin inkişafına təkan verən öncül təşkilatlardan biri olan WORLDCOB (World Confederation of Businesses) tərəfindən Təmir və Dizayn nominasiyasında İdarəetmə və Keyfiyyət üzrə beynəlxalq mükafata layiq görülüb.

Dünyanın 75 ölkəsində 3 mindən artıq nümayəndəlikləri olan WORLDCOB'un təsis etdiyi "THE BIZZ" mükafatı ən mühüm biznes mükafatlarından hesab edilir və dünyanın ən uğurlu kommersiya təşkilatlarına verilir. Eyni zamanda, Zaferoğlu İnşaat bu ilin avqust ayında Meksikada, Los Cabosda qurumun elit üvlüyünü əldə edib.

Yarandığı gündən etibarən ard-arda əsaslı nailiyyətlər əldə edərək öz korporativ sosial məsuliyyətini layiqincə həyata keçirən "Zaferoğlu İnşaat" bir neçə ay öncə təmir və dizayn haqqında maarifləndirici verilişə və ailə başçısı olmayan və şəhid ailələrinin pulsuz təmirlə təmin etməyi hədəfləyən Pulsuz Təmir layihəsinə start vermişdi.