İlk səhifə

Maraqlı məlumatlar

Memarlığın Tarixi

Memarlığı bəzən “donmuş musiqi” adlandırırlar, çünki o, notlar kimi riyazi qanunlara tabe olur. Əgər usta bu elementlərin ahəngdar birləşməsinə nail olmağı bacardısa, onda onun işinin nəticəsi həqiqi, valehedici və zərif olacaq. İnsan sivilizasiyasının inkişafının hər mərhələsi konkret tarixi dövrü, onun əsas xüsusiyyətlərini, ideologiyasını və xarakterini simvollaşdıran öz tipik Memarlıq üslubuna malikdir. Keçmişin böyük sivilizasiyaları onlardan qalan memarlıq abidələri ilə, başqa sözlə tikililərin arxitekturası ölkə və şəhərlərin simvolları kimi yadda qalır. Məsələn, Misir öz Ehramları, Çin - Böyük Çin Səddi, Roma İmperiyası - Böyük Kolizey və Müqəddəs Pyotr kilsəsi, Afina - qədim Akropol, Paris - Eyfel qülləsi ilə bütün dünyada məşhurdur.

Müəllif: Zaferoğlu İnşaat | 05-04-2013 | Oxunub: 172

İnteryer Üslubun Tarixi

İnteryerin müxtəlif növlərinin tarixi evlərin heyvan dərisi, müxtəlif parçalar və güldanlarla bəzədildiyi Qədim Misirdən başlandı. Qədim çarlıq dövründə ehramların, həmçinin sadə ev və sərdabələrin tikintisi başlandı. Zəngin misirlilər öz evlərini qızıl və qiymətli əşyalarla bəzəyirdilər. Orta əsrlərlərə daimi müharibələr və xəstəliklərə görə evlərin interyeri  tünd və tutqun rənglərlə bəzənilirdi. Yalnız varlı ailələr evlərini cüzi bəzəklər ilə, yəni parça növləri və daş divarlar üzərində işlənilmiş naxışlar ilə bəzəyə bilərdilər.

Müəllif: Zaferoğlu İnşaat | 03-04-2013 | Oxunub: 260

Art Deko Üslubu

Art Deko - sadəliyi, asketizmi daim inkar edir; minimalizmə yaddır və insanları cah cəlala yönəldir. Bu üslubda əsas -  effektivlik, gözəllik, parlaqlıq, cəh-calal və təmtəraqdır. Art Deko interyerin rəng palitrası bir qayda olaraq qara və tünd-qəhvəyi rənglər olmaqla tünd çalarlardan ibarətdir. Həmçinin parlaq rənglərdən də istifadə olunur, ancaq onlar əsasən çoxsaylı ornamentlərdə öz əksini tapır.

Art – Deko üslubunda təmir olunmuş evlərdə yaxşı işıqlandırma əhəmiyyətli şərtdir və eyni zamanda da işıqlandırmanın dalğın olmağı mütləqdir. Bununla evdə rahat, ancaq bir az sirli atmosfer yaradılır.

Müəllif: Zaferoğlu İnşaat | 07-05-2013 | Oxunub: 332